Futbol üzrə Almaniya millisinin yeni kapitanı bəlli olub
Bakı, 2 sentyabr, AZƏRTAC
“Bavariya” klubunun yarımmüdafiəçisi Yozua Kimmix Almaniya millisinin yeni kapitanı təyin olunub.
AZƏRTAC xəbər verir ki, 29 yaşlı futbolçu kapitan sarğısını avqustda yığmadan ayrılacağını açıqlayan İlkay Gündoğandan alıb.
Vitse-kapitanlar isə “Real Madrid”in (İspaniya) müdafiəçisi Antonio Rudiger və “Arsenal”ın (İngiltərə) yarımmüdafiəçisi Kai Havertz olacaq.
2016-cı ildən Bundestimin formasını geyinən Y.Kimmix 91 oyunda iştirak edib.
Xatırladaq ki, Almaniya UEFA Millətlər Liqası çərçivəsində növbəti matçını sentyabrın 7-də Macarıstana qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]