Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub
Bakı, 2 dekabr, AZƏRTAC
2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının mükafat fondu açıqlanıb.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iştirakçı komandalara veriləcək məbləğ “Avro-2020” ilə eyni səviyyədə, yəni, ümumilikdə 331 milyon avro olaraq təsdiqlənib.
İştirak haqqı 9,25 milyon avro təşkil edir. Hər qələbəyə görə 1 milyon, heç-heçəyə görə 500 min avro ödəniləcək.
Səkkizdəbir finala vəsiqə əldə edən yığmaların hər biri 1,5 milyon avro qazanacaq. Dörddəbir finala çıxan kollektivlər 2,5 milyon, yarımfinalın iştirakçıları 4 milyon avro alacaqlar.
Finalda uduzan komandaya 5 milyon, Avropa çempionuna isə 8 milyon avro mükafat veriləcək.
Çempion komandanın hər üç qrup matçında qalib gələcəyi təqdirdə, əldə edə biləcəyi maksimum gəlir 28,25 milyon avro olacaq.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]