Futbol üzrə Azərbaycan çempionatının XX turunun oyunları davam edir
Bakı, 8 mart, AZƏRTAC
Martın 8-də Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunun ikinci gününün oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün birinci matçı “ASCO Arena” stadionunda keçiriləcək. “Səbail” doğma meydanda “Zirə”ni qəbul edəcək. Oyunda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matç saat 16:00-da başlayacaq.
Tura həmin gün keçiriləcək “Keşlə”-“Qarabağ” oyunu ilə yekun vurulacaq. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, turun birinci günündə “Qəbələ”-“Sumqayıt” və “Neftçi”-“Sabah” oyunları keçirilib. Qəbələ təmsilçisi sumqayıtlıların qapısından beş cavabsız top keçirib. “Neftçi” isə “Sabah”ı 4:0 hesabı ilə məğlub edib.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Qeyd edək ki, 20 turun iki oyunundan sonra turnir cədvəlinə 42 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 37 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (23), “Qəbələ” (22), “Sabah” (21), “Zirə” (20) və “Səbail” (20) yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]