Futbol üzrə Azərbaycan Premyer Liqası: “Şamaxı”-“Qəbələ” oyunu heç-heçə yekunlaşıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun oyunları başlayıb.
AZƏRTAC xəbər verir ki, ikinci dövrənin ilk oyununda “Şamaxı” komandası “Qəbələ” ilə qarşılaşıb. Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Oyunda hesabı 60-cı dəqiqədə qonaqlar açıblar. Belə ki, Adil Nağıyev topu öz qapısından keçirib. Meydan sahiblərindən Kamran Quliyev isə 75-ci dəqiqədə hesabı bərabərləşdirib.
Bununla da xallarını 16-ya çatdıran “Qəbələ” beşinci pillədəki mövqeyini qoruyub, aktivində 3 xal olan “Şamaxı” isə sonuncu yerdədir.
Qeyd edək ki, X turun “Turan Tovuz” - “Səbail”, “Sabah” - “Zirə” oyunları oktyabrın 15-də, “Kəpəz” - “Neftçi” və “Qarabağ” - “Sumqayıt” qarşılaşması isə bir gün sonra olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]
Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub
- 08.06.2026 [10:27]