FUTBOL ÜZRƏ BAKI BİRİNCİLİYİNDƏ FƏRQLƏNMİŞ KOMANDALAR MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, dekabrın 14-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində futbol üzrə Bakı şəhər birinciliyində yüksək yer tutmuş klub-komandaların təltifetmə mərasimi olmuşdur.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov futbolun inkişafına dövlət qayğısından və son illər bu sahədə görülən tədbirlərdən danışmışdır. Bildirmişdir ki, yalnız son altı ayda məhəllə futbolunun inkişafı məqsədi ilə bir sıra yarışlar və müxtəlif futbol turnirləri keçirilmişdir. Növbəti ildə idmançılarımızı daha böyük yeniliklərin gözlədiyini deyən R.Abbasov rəhbərlik etdiyi qurumun futbolun canlanması, onun maddi-texniki bazasının yüksəldilməsi istiqamətində mümkün olan bütün tədbirlərin həyata keçiriləcəyini vurğulamışdır.
Qeyd edək ki, son 5 il ərzində iki dəstədə keçirilən klub-komanda birinciliyində hər dəstədə 10 komanda 4 yaş qrupu üzrə (1994-95, 1993, 1992, 1991-ci il təvəllüdlülər) mübarizə aparır. 2007-ci ildə çempionatda müxtəlif yaş qruplarında 2400 gənc futbolçu olmaqla 80 komanda iştirak etmişdir.
Bu il I dəstədə yarışan “BİFM-1” klubu ümumi komanda hesabında 1-ci yeri tutmuşdur. “ROİL” və “RİOEM” klubları 2-3-cü yerləri bölüşmüşlər.
II dəstədə mübarizə aparan futbol klubları arasında ümumi komanda hesabında 1-ci yerə “Vətən RİOEM-2” klubu çıxmışdır. “Xudafərin” kollektivi 2-ci, “TİM” futbolçuları 3-cü yeri tutmuşlar.
Qaliblərə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin qiymətli hədiyyələri verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]