Futbol üzrə Belçika millisinin yeni baş məşqçisi məlum olub
Bakı, 24 iyul, AZƏRTAC
Belçika Kral Futbol Assosiasiyası (RBFA) Mark van Bommelin milli komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, tərəflər arasında 2028-ci il Avropa çempionatının sonunadək müqavilə imzalanıb. 49 yaşlı mütəxəssis avqust ayının ortalarından etibarən vəzifəsinin icrasına başlayacaq.
Mark van Bommel futbolçu karyerası ərzində Niderlandın PSV, İspaniyanın “Barselona”, Almaniyanın “Bavariya” və İtaliyanın “Milan” klublarının formasını geyinib. Məşqçi kimi isə PSV, Almaniyanın “Volfsburq” və Belçikanın “Antverpen” komandalarını çalışdırıb. O, 2022/2023-cü illər mövsümündə “Antverpen”ə tarixində ilk dəfə həm Belçika çempionluğunu, həm də ölkə kubokunu qazandıraraq “qızıl dubl”a imza atıb.
Qeyd edək ki, Belçika millisinin əvvəlki baş məşqçisi Rudi Qarsiya idi. Onun rəhbərliyi altında komanda dünya çempionatının 1/4 finalına yüksəlib, bu mərhələdə İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]