FUTBOL ÜZRƏ MİLLİ KOMANDANIN BAŞ MƏŞQÇİSİ MƏĞLUBİYYƏTİN SƏBƏBİNİ ÖZÜNDƏ GÖRÜR
Böyük hesabla (6:0) məğlubiyyətdən danışan baş məşqçi əsas günahkarın məhz özü olduğunu bildirdi. “Futbolçuların yığmaya istəksiz gəlməsi, fiziki və psixoloji hazırlığının zəifliyi və komandanın müdafiə xəttinin etibarlı olmaması ucbatından növbəti uğursuzluqla üzləşdik” deyən Ş.Diniyev bunun əsas səbəblərindən birini yığma komanda ilə klub rəhbərləri arasında olan anlaşılmazlıqla əlaqələndirdi. Futbolçuların yığma komandaya hazırlıqsız gəlməsində məhz klubları günahlandıran məşqçi bunun səbəbini peşəkar olmadıqları halda oyunçulara yüksək maaş və mükafatların verilməsində, yığmada isə bu şəraitin olmamasında görür.
Son uğursuzluğuna görə AFFA rəhbərliyinin onun bu vəzifədə qalmasını məqbul saymadığı təqdirdə hər an yığmadan getməyə hazır olduğunu bildirən baş məşqçi Azərbaycan futbolunun inkişafı naminə yığma ilə klub rəhbərləri arasında münasibətlərin tezliklə nizama salınmasının vacibliyini söylədi.
Ş.Diniyev məğlubiyyətdən nəticə çıxararaq, avqustun sonlarında növbəti təlim-məşq toplanışı zamanı yığmanın heyətində dəyişikliklər edəcəyini və Avropa çempionatının seçmə qrup oyunları çərçivəsində sentyabrın 2-də Belqrad şəhərində Serbiya komandası ilə keçiriləcək oyuna ciddi hazırlaşacaqlarını bildirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]