FUTBOLÇULAR, KLUBLAR VƏ MƏŞQÇİLƏR CƏRİMƏLƏNMİŞDİR
Komitənin qərarına əsasən, “Turan”–“Gənclər birliyi” görüşündə yerli komandanın baş katibi Namiq Məstanov hakimi təhqir etdiyinə görə növbəti 4 oyundan kənarlaşdırılmış və komanda 2 min AZN məbləğində cərimələnmişdir. “Karvan”–“Göyəzən” qarşılaşmasında yerli komandanın 5 futbolçusu sarı vərəqə aldığına görə klub 1000 AZN məbləğində cərimə edilmişdir. “Şahdağ- Samur” –“İnter” görüşündə qonaq komandanın futbolçusu Zaur Həşimov rəqibi bilərəkdən vurduğuna görə növbəti 2 oyundan kənarlaşdırılmış və klub 2 min AZN məbləğində cərimə olunmuşdur.
Ölkə çempionatının I dəstəsində çıxış edən komandaların oyunlarına da münasibət bildirilmişdir. “Şərur”–“Şahdağ-2” oyununda qonaq komandanın futbolçusu İbrahim Mirzəməhəmmədov rəqibi qəsdən vurduğuna görə növbəti 2 oyundan kənarlaşdırlmış və klub 200 AZN məbləğində cərimələnmişdir. “Xəzər–Lənkəran-2”–“Göygöl” qarşılaşmasında qonaq komandanın məşqçisi Faiq Cabbarovun və yerli komanda azarkeşlərinin qeyri-etik hərəkətlərinə görə hər iki klub 300 AZN məbləğində cərimə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]