FUTBOLÇULAR VƏ KLUBLAR CƏRİMƏLƏNMİŞLƏR
Komitənin qərarına əsasən, “İnter”-“Bakı” görüşündə hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə klubların hər biri 1000 AZN məbləğində cərimələnmişdir. Həmin qarşılaşmada “İnter”in futbolçusu Vladimir Makovski və “Bakı”nın futbolçusu Leandro Qomeş ikinci sarı vərəqəyə görə qırmızı vərəqə aldıqları üçün hər ikisi növbəti oyundan kənarlaşdırılmış və təmsil olunduqları klubların hər biri 200 AZN məbləğində cərimə edilmişdir. “Olimpik”-“Karvan” görüşündə yerli komandanın qapıçısı Amil Ağacanov “axırıncı ümid folu”na görə qırmızı vərəqə aldığından növbəti oyundan kənarlaşdırılmış, klub isə 200 AZN məbləğində cərimə olunmuşdur.
Birinci dəstədə yarışan komandalar da cərimə olunmuşlar. “Ədliyyə”-“Simurq” oyununda qonaq komandanın 5 futbolçusu, “Gənclər birliyi-2”-“Yeni Yevlax” görüşündə yerli komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə klubların hər biri 100 AZN məbləğində cərimələnmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]