Futzal üzrə Azərbaycan millisinə texniki məğlubiyyət verilib
Bakı, 23 yanvar, AZƏRTAC
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi dünya çempionatının elit mərhələsində keçirilmiş Azərbaycan - Rumıniya oyununun nəticəsini ləğv edib.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, komitənin qərarı ilə Vitali Borisovun başçılıq etdiyi yığmaya texniki məğlubiyyət (0:5) verilib. Buna səbəb qeyd olunan matç zamanı komandanın UEFA İntizam Qaydasını pozmasıdır.
Qeyd edək ki, bu sanksiya Azərbaycan millisinin yer aldığı A qrupunda daha əvvəl iki dəfə Rumıniya kollektivinə tətbiq olunub. Belə ki, Niderland millisinin şikayəti əsasında, analoji səbəbdən UEFA Rumıniyanın Niderlanda qarşı ev və səfər oyunlarının nəticəsini ləğv edib, hər iki matçda rumıniyalılara texniki məğlubiyyət (0:5) verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]