Futzal üzrə Polşa–Azərbaycan oyununun məkanı müəyyənləşib
Bakı, 28 yanvar, AZƏRTAC
Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində martın 7-də keçiriləcək Polşa-Azərbaycan oyununun məkanı müəyyənləşib.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Qarşılaşma Koşalin şəhərindəki idman zalında baş tutacaq. Bu matç 6-cı qrupun sonuncu görüşü olacaq. Oyunun başlama saatı hələ açıqlanmayıb. Bunadək Azərbaycan millisi Bakıda Yunanıstan yığmasını qəbul edəcək. Martın 3-də saat 20:00-da başlayacaq oyun Bakı İdman Sarayında keçiriləcək.
Əsas mərhələdə 2 oyun keçirmiş millimiz maksimum xalla turnir cədvəlinə başçılıq edir. Komandamız ötən ilin oktyabrında Bakıda Polşanı 4:3, səfərdə isə Yunanıstanı 7:0 hesabı ilə üstələyib. Polşa yığması isə 3 oyun keçirib. Yunanıstan yığmasını hər iki oyunda məğlub edən polşalılar yeganə məğlubiyyəti millimizdən alıb. Polşa-Azərbaycan oyunu qrup qalibini müəyyənləşdirmək baxımından əhəmiyyətli hesab olunur. Oyunda komandamıza heç-heçə də sərf edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]