Futzalçılarımız Tbilisidə iki yoldaşlıq oyununda güclərini sınayıblar
Bakı, 12 noyabr, AZƏRTAC
On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə ikinci yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, qarşılaşma rəqibin 10:3 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın heyətində Kənan Əsədli və Rauf Rüstəmov fərqləniblər. Bir dəfə isə avtoqol qeydə alınıb.
Komandalar arasında keçirilmiş ilk oyunda yığmamız 3:2 hesablı qələbə qazanıb.