Füzuli sakini: Uzun illər ayrı qaldığımız doğma yurdumuza qayıdırıq
Bakı, 7 dekabr, AZƏRTAC
Mən bu günə kimi Qaradağ rayonunun Sahil qəsəbəsindəki yataqxanada məskunlaşmışdım. Amma artıq məcburi köçkünlük həyatı sona çatdı, uzun illər ayrı qaldığımız doğma yurdumuza qayıdırıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində doğma yurduna qayıdan Füzuli sakini Xatın Şirinova söyləyib.
O, 1992-ci ildə məcburi köçkün düşdüyünü xatırladıb: “Füzuliyə yoldaşımla birlikdə qayıdırıq, uşaqlarım isə avqust ayında gediblər. 64 yaşımda doğulub boya-başa çatdığım yerlərə qayıtdığım üçün çox sevinirəm".
Xatın Şirinova onlara yaradılan şəraitə görə, dövlətimizin başçısına minnətdarlığını bildirib. Torpaqlarımızın işğaldan azad edilməsində əməyi olan hər kəsə təşəkkür edib, şəhidlərə rəhmət diləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [18:57]
Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?
- 06.10.2026 [18:31]