Füzuli sakini: Uzun illərdən sonra doğma yurda qayıtmağın həyəcanını yaşayıram
Bakı, 11 sentyabr, AZƏRTAC
Mənim yoldaşım Füzulinin ilk şəhidlərindəndir. Doğma yurduma qayıtdıqdan sonra yoldaşımın məzarını ziyarət etmək istəyirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Füzuliyə qayıdan sakin Aygün Quliyeva söyləyib.
A. Quliyeva Füzuliyə qayıtdığı üçün çox sevindiyini bildirib: “Uzun müddətdən sonra doğulub boya-başa çatdığımız yerlərə qayıtmaq gözəl hisslərdir, bu gün onun həyəcanını yaşayıram. Bu günləri bizə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı arzulayıram".
O, 30 ildən sonra insanların işğaldan azad edilmiş ərazilərə qürurlu şəkildə qayıtdıqlarını qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:44]
Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb
- 30.09.2026 [13:16]
NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO
- 30.09.2026 [12:43]
Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir
- 30.09.2026 [12:41]
AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO
- 30.09.2026 [12:01]