G7 ölkələri ABŞ-nin İranla münaqişəyə ən qısa müddətdə son qoymağa çağırıb
Bakı, 13 mart, AZƏRTAC
G7 ölkələrinin liderləri ABŞ Prezidentini Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması nəticəsində yaranan iqtisadi itkilərə görə İrana qarşı əməliyyatı mümkün qədər tez başa vurmağa çağırıblar.
AZƏRTAC “Axios” portalına istinadla xəbər verir ki, G7 liderləri martın 11-də telefon danışığı zamanı Hörmüz boğazından keçən gəmiçilik yollarının “mümkün qədər tez təhlükəsiz” olmasının vacibliyini qeyd ediblər.
Donald Tramp, öz növbəsində, boğazdakı vəziyyətin “yaxşılaşdığını” və ticarət gəmilərinin tezliklə oradan keçə biləcəyini bildirərək cavab verib.
Martın 12-də İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei Tehranın düşmənə təzyiq göstərmək üçün Hörmüz boğazını bağlamaq imkanını qoruyub saxlamalı olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]