“Gədəbəy rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir
Bakı, 11 may (AZƏRTAC). Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü ilə “Gədəbəy rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Şöbədən AZƏRTAC-a bildirmişlər ki, konfransda tarixi abidələrə baxış və təbiət gəzintilərinin təşkili vəziyyəti, turizm marşrutlarının müəyyən edilməsi və turistlərə göstərilən xidmətin səviyyəsi müzakirə edilmişdir.
Konfransda diqqət çəkən məqamlardan biri XIX əsrin sonu-XX əsrin əvvəllərində Gədəbəydə fəaliyyət göstərmiş məşhur alman sahibkarlarının - Siemens qardaşlarının burada təşkil etdikləri turist gəzintiləri ilə bağlı məlumatlar olmuşdur. Konfrans iştirakçıları Gədəbəyin zəngin təbiətinin o illərdə alman mətbuatına çıxarılması, bu yerlərin Cənnətqala adı ilə təqdim edilməsi barədə maraqlı fikirlər səsləndirmişlər.
Tədbirdə, həmçinin bağlı rayonun əlaqədar təşkilatları tərəfindən turizmin inkişafı ilə irəli sürülən təkliflər də müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]