GƏDƏBƏYDƏ GƏNCLƏR ÜÇÜN KOMPYUTER KURSLARI FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Gədəbəy, 5 avqust (AZƏRTAC). Gənclərin informasiya və telekommunikasiya sahəsinə marağını artırmaq və onlara bu istiqamətdə lazımi biliklər vermək məqsədilə “İrəli” İctimai Birliyi respublikamızın rayonlarında təlim kursları layihəsini uğurla həyata keçirir.
Növbəti təlimləri Gədəbəydə davam etdirən ictimai birlik kurslara, əsasən, müxtəlif peşə sahələrində çalışan gənclərin cəlb olunması, onların kompyuter biliklərinə yiyələnmələri və internetin verdiyi imkanlardan səmərəli istifadə etmələri üçün xüsusi proqramla məşğələlər təşkil edir. Gədəbəydəki 1 nömrəli orta məktəbdə başlayan təlimlərə rayonun ətraf kəndlərinin gəncləri də cəlb olunmuşlar.
“İrəli” İctimai Birliyinin icraçı əlaqələndiricisi Rauf Mərdiyevin verdiyi məlumata görə, bir il davam edəcək layihə 48 rayonu əhatə etməklə, 50 min gəncə kompyuter bilikləri verməyi nəzərdə tutur. Artıq bu ilin iyunundan başlanan layihə çərçivəsində respublikamızın 14 bölgəsində təxminən 15 mindən artıq gənc kompyuter sahəsində maarifləndirilmişdir.
Kursu müvəffəqiyyətlə bitirən gənclər İctimai Birliyin Bakıdakı mərkəzi ofisində təşkil olunan təlimlərdə iştirak etmək hüququ qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]