Gələcəyin dənizçisi: 26 il əvvəl baş verən faciədə gəmiçilərin göstərdiyi qəhrəmanlıqdan qürur duyuram
Bakı, 20 yanvar, Elvin Camalov, AZƏRTAC
Gələcəyin dənizçisi olaraq 26 il əvvəl baş verən faciədə gəmiçilərin göstərdiyi qəhrəmanlıqdan qürur duyuram.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən Azərbaycan Dövlət Dəniz Akademiyasının 4-cü kurs tələbəsi Süleyman Tağızadə AZƏRTAC-a müsahibəsində deyib.
Gələcəyin dənizçisi hesab edir ki, 20 Yanvar həm də gəmiçilərin həmrəylik günüdür. 1990-cı il yanvarın 20-də, xalqın üzərinə Sovet ordusu qoşun yeridən zaman gəmiçilər əsl qəhrəmanlıq nümayiş etdirib. 100-dən artıq gəmi Bakı buxtasında lövbər salaraq həyəcan siqnalı verib, bütün dünyaya Bakıda baş verən qanlı faciəni çatdırıb.
S.Tağızadə bildirib ki, bu həyəcan siqnalına cavab olaraq bir çox ölkədən gəmiçilər radioteleqram göndərib, baş verən faciədə Azərbaycan dənizçiləri və xalqı ilə həmrəy olduqlarını çatdırıblar. Məhz gəmiçilərin şücaəti nəticəsində dünya informasiya blokadası şəraitində olan xalqımızın başına gətirilən faciədən xəbər tutub, deyə S.Tağızadə vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]