Gələn il Gürcüstan əhalisinin 93 faizi təbii qazdan istifadə edə biləcək
Tbilisi, 18 dekabr, AZƏRTAC
Gürcüstan regionlarının qazlaşdırılması prosesi 2024-cü ildə də davam etdiriləcək. Gələn il ölkə əhalisinin təxminən 93 faizi təbii qazdan istifadə edə biləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumətin birillik fəaliyyəti ilə bağlı hesabat verərkən deyib.
Onun sözlərinə görə, 2012-ci ilə qədər ölkə əhalisinin təxminən 55 faizi, yəni 700 minə yaxın abonent qaz alırdı, hazırda isə ölkədə 1 milyon 500 min abonent var.
Baş nazir deyib ki, son 11 ildə ölkənin regionlarının qazlaşdırılmasına 500 milyon lariyə qədər vəsait ayrılıb.
Qeyd edək ki, Gürcüstan istehlak etdiyi təbii qazın böyük bir hissəsini Azərbaycandan alır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]