Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gənc alim və tədqiqatçıların respublika elmi konfransı keçirilib

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Mərkəzi Elmi Kitabxanada Gənclər və İdman Nazirliyinin və AMEA-nın birgə təşkilatçılığı ilə “Faşizm üzərində qələbədə imzamız” mövzusunda gənc alim və tədqiqatçıların respublika elmi konfransı keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA prezidenti akademik İsa Həbibbəyli İkinci dünya müharibəsində keçmiş İttifaqa daxil olan hər bir xalqın öz millətinin şücaətini, qəhrəmanlığını və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. AMEA prezidenti Azərbaycan xalqının bu müharibədə göstərdiyi misilsiz xidmətlərdən danışaraq xalqımızın faşizm üzərində tarixi Qələbənin qazanılmasına mühüm töhfələr verdiyini, minlərlə oğul və qızlarının döyüşlərdə qəhrəmanlıqla həlak olduğunu, müharibə zamanı göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüklərini, eləcə də əsgər və zabitlərimizin müxtəlif orden və medallarla təltif edildiklərini diqqətə çatdırıb.

“Hesab edirəm ki, faşizm üzərində qazanılan Qələbənin təcrübəsi, Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq nümunəsi xalqımızın vətənpərvərlik, azərbaycançılıq ideyalarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli bir təcrübədir”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

AMEA rəhbərinin sözlərinə görə, həmin təcrübənin sınaqlarından uğurlar çıxmış xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman Azərbaycan Ordusunun şücaəti ilə ərazi bütövlüyümüzün bərpası istiqamətində əsl qəhrəmanlıq nümayiş etdirib, İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanıb.

Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan qazandığı tarixi zəfərlərlə bütün dünyada dövlətinə sədaqətli, vətənpərvər bir xalq kimi nüfuz qazanıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının istək və tələbi ilə hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək, Ümummilli Lider tərəfindən xalqımızın qəhrəmanlıq tarixinin gələcək nəsillərə çatdırılması üçün dövlət əhəmiyyətli sənədlər imzalandığını, qərarlar qəbul edildiyini diqqətə çatdırıb.

AMEA prezidenti İkinci Dünya müharibəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan oğullarının əziz xatirəsinin bu gün də xalqımız tərəfindən uca tutulduğunu, ehtiramla yad edildiyini bildirib.

Sonra gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış edərək əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Azərbaycan xalqının tarix boyu öz qəhrəmanlıq və döyüşkənlik ruhu ilə seçildiyini söyləyən nazir müavini qeyd edib ki, istər qədim dövrlərdə, istər İkinci Dünya müharibəsində, istərsə də müasir çağlarda xalqımız öz Vətənini qorumaq, azadlıq və müstəqillik uğrunda fədakarlıq göstərib. Azərbaycan xalqı yalnız müharibə meydanında deyil, mədəniyyət, elm və sənətdə də mübarizə apararaq öz varlığını, milli kimliyini qoruyub. Bu gün də xalqımızın qəhrəmanlıq ruhu gənc nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rol oynayır.

Konfransda, həmçinin Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri dosent Elmi Babayev çıxış edərək alman faşizminin antibəşəri mahiyyətindən, müharibənin səbəb və nəticələrindən, o cümlədən qələbənin əldə olunmasında Azərbaycanın rolundan, xalqımızın qəhrəmanlıq və şücaətindən danışıblar.

Daha sonra konfrans seksiyalar üzrə davam etdirilib. Respublikanın 11 ali təhsil müəssisəsinin bakalavriat, magistratura, doktorantura pilləsində təhsil alan gənc alim və tədqiqatçı tərəfindən 35 elmi məruzə təqdim edilib.

Tədbirdə “Şirin Şükürovun şərəfli döyüş yolu”, “İkinci Dünya müharibəsi: Bakı nefti uğrunda beynəlxalq güclərin maraqlarına dair tədqiqatlar”, “İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın rolu”, “Akademik Yusif Məmmədəliyevin faşizm üzərində qələbəyə töhfəsi (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında), “Artilleriyaçı Mehdi Mehdiyevin döyüş yolu”, “İkinci Dünya müharibəsi və Azərbaycan” və digər mövzularda məruzələr dinlənilib.

Qeyd edək ki, konfransın keçirilməsində məqsəd bakalavr, magistratura və doktorantura pilləsində təhsil alan gənc alim və tədqiqatçıların elmi-tədqiqat işlərinin müzakirəsini təşkil etmək, onların elmi yaradıcılığını stimullaşdırmaqdan ibarət olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

Ötən beş ayda 22 mindən çox şəxsə əlillik təyin olunub

Milli Məclisin sədri: Bu gün Azərbaycan dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlətdir

Azərbaycan tennisçiləri Albaniyadakı turnirə qələbə ilə başlayıblar

Il qrup üzrə ən yüksək nəticə göstərən abituriyent BANM-in maliyyə ixtisasını seçir

Şuşa Bəyannaməsi gələcəyə yönəlik birlik mesajı kimi qəbul olunur ŞƏRH

Vətən müharibəsindən sonra şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 26 min 600 nəfərin məşğulluğu təmin edilib

Hindistandakı təyyarə qəzasında ölənlərin sayı 300-ə yaxınlaşır

Ağdamda insan skeletinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır

Moskva Dövlət Universitetinin Bakı filialı 2025/2026-cı tədris ili üçün bakalavr səviyyəsinə qəbul elan edir

İmişlidə “Heydər Əliyev xalqımızın xilaskarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib

TDT-nin Baş katibi: Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq genişlənir

Mina qurbanlarına aid fotolar Avropanın bir sıra şəhərində sərgilənəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 215 məktəbdə STEAM layihəsi tətbiq edilib

Azərbaycanın voleybol yığmaları bu gün növbəti oyunlarına çıxacaqlar

Pedaqoji Universitetdə XI Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresi keçirilir

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokuna start verilir

Cəmil Əliyev: Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi mühüm platforma rolunu oynayacaq

Milli Məclisin növbəti plenar iclası keçirilir

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Maarifləndirmə Günüdür

FHN tərəfindən daha bir qanunsuz tikili sökülüb

Beynəlxalq axtarışda olan şəxs Bosniya və Herseqovinada tutularaq Azərbaycana ekstradisiya edilib

Prezident İlham Əliyev: Azərbaycanın səhiyyə sistemi bu gün yüksək hazırlıqlı kadr potensialına malikdir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb

Növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına dair brifinq keçirilir

Türkiyə ilə sosial xidmətlər sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

AMEA ilə “UI GreenMetric” Dünya Universitetləri reytinq təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Tanınmış kaman ustası Tələt Bakıxanovun anadan olmasından 98 il ötür

“Honkonq Hava Yolları” zəlzələ şayiəsinə görə Yaponiyaya uçuşları təxirə salıb

Azərbaycan I Liqasında ötən mövsüm ən çox tamaşaçı toplayan klub bəlli olub

Teymur Musayev: Azərbaycanda onkoloji xəstəliklərin statistik göstəriciləri müsbət dinamikadan xəbər verir

Azərbaycana məxsus “Murovdağ” gəmisi Cənubi Amerikadan Afrikaya yük aparıb

® Əlavə avadanlıq olmadan telefonla peşəkar fotoşəkillər necə çəkilir?

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin iştirakçılarına

Azərbaycan Universitetində “Diplomatik masa” simulyasiya çempionatı keçirilib

Plastik çirklənməyə son qoyulması üzrə qlobal müqavilə imzalanacaq

Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi işə başlayıb – YENİLƏNİB

Baş nazir Ünal Üstel: Azərbaycanın bizə verdiyi xüsusi dəstək sayəsində Şimali Kipr TDT-yə müşahidəçi üzv oldu - MÜSAHİBƏ

Azərbaycanın 3 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna bir sıra dəyişikliklər təklif edilir

Gömrük Məcəlləsinə dəyişiklik edilir

Dünya bazarında qızıl 42 dollaradək bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

® Təhlükəsiz taksi səfəri hər kəsin hüququdur

Bakıda “Kənddən şəhərə” yarmarkası keçiriləcək

Naxçıvanda qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs saxlanılıb

İdxal olunan duz məhsullarında uyğunsuzluq aşkarlanıb

Abşeron rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

“Azeri Light” markalı neftin qiyməti 73 dolları ötüb

Tramp: ABŞ İranla nüvə danışıqlarının davam edəcəyini gözləyir

Qazaxda daha bir avtomobil yoluna asfalt örtüyü çəkilir

BMT Baş Assambleyası Qəzza zolağında daimi atəşkəsə çağıran qətnamə qəbul edib

Maykl Duqlas Karlovı Varı Beynəlxalq Kinofestivalına gələcək

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

“Tesla” Romada avtonom idarəetmənin sınaqlarına başlayıb

“Aid İndia” şirkətinin qəzaya uğrayan təyyarəsinin “qara qutu”larından biri tapılıb

AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar bir neçə reysi ləğv edib

Velosiped sürmək beyin sağlamlığını gücləndirə bilər - ARAŞDIRMA

İsrailin Natanzdakı nüvə obyektinə hücumundan sonra radiasiya sızması aşkarlanmayıb

BMT İsrail və İranı maksimum təmkinli olmağa çağırıb

Ondan çox beynəlxalq reys Heydər Əliyev Beynəlxalq Aeroportunu ehtiyat eniş məntəqəsi kimi seçib

IX “Muğam” Televiziya Müsabiqəsi Ağdam Muğam Mərkəzində davam edib

Media: İsrail Tehran yaxınlığındakı ən azı altı hərbi bazaya zərbə endirib

MDB ölkələrinin hərbi qulluqçularına və ailə üzvlərinə Rusiyada barmaq izi vermədən müvəqqəti qalmağa icazə verilib

“Nvidia AI” sistemi ilə “DeepL” alman startapı 18 gün ərzində bütün interneti tərcümə etməyi vəd edir

Aygül Kuspan: Azərbaycanın TÜRKPA-dakı sədrliyi səmərəli olub

Araşdırma:Yeməkdən əvvəl onun qoxusunun alınması toxluq hissi yaradır

Qazaxda tədbir: “Milli Qurtuluş Günü Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan bir gündür!”

Bolnisidə uşaq əməyinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

Yeni nanotexnologiya çirkab sularındakı qida maddələrini gübrəyə çevirir - TƏDQİQAT

Ağcabədi taxılçıları qısa vaxtda 4 min hektardan çox sahədə biçin aparıblar

Lənkəran Türk dünyasının gənclər paytaxtı titulunu Almatıya təhvil verib

G7 ölkələrinin sammiti iyunun 16-da başlayacaq

Naxçıvanda Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

AQTA yanında qida sektoru üzrə Məşvərət Şurasının ilk iclası olub

Türkiyə və Yunanıstan rəsmiləri arasında növbəti siyasi dialoq keçirilib

Yardımlı və Masallı rayon sakinləri ilə görüş olub

Bakı Piano Festivalı – musiqi bayramıdır! - musiqi sənayesinin nümayəndələri qarşıdan gələn festival haqqında

CNN: ABŞ 500 mindən çox miqrantın yaşayış icazəsini ləğv edəcək

TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb

Almaniyanın müdafiə naziri Ukraynaya 1,9 milyard avroluq əlavə hərbi yardım vəd edib

Ziya Öztürkler: Bizə ən böyük dəstəyi Türkiyə və Azərbaycan göstərir

Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb VİDEO

Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb VİDEO

Monteneqro Ukraynaya dəstək üçün Aİ missiyasına qoşun göndərir

İstanbulda Maqsud İbrahimbəyovun türk dilində nəşr olunmuş romanı ictimaiyyətə təqdim edilib

“Elm və təhsil obyektivdə” foto-video müsabiqəsi keçirilir

Artıq taksi sürücüləri cərimələnməyəcək VİDEO

Artıq taksi sürücüləri cərimələnməyəcək VİDEO

Ukrayna və Rusiya İstanbul razılaşmaları çərçivəsində daha bir hərbi əsir mübadiləsi həyata keçirib

Fransada kiçik təyyarə qəzaya uğrayıb

“Cıdır düzü” kitabının təqdimatı keçirilib

Azərbaycan nümayəndə heyəti Urmiya şəhərində beynəlxalq konfransda iştirak edib

Milli Qurtuluş Azərbaycan tarixinin dönüş nöqtəsidir

Qivami Rəhimli: Artıq muğam Qarabağdadır, bununla belə “İrəvanda xal qalmadı” xalq mahnısındakı yurd həsrəti hələ də qalır...

® Bu yay sərhədləri yox, imtiyazları keçin

Məhkəmədə Azərbaycanın vaxtilə işğal altındakı ərazilərində Ermənistanda istehsal olunmuş minaların basdırıldığı etiraf edilib

DVX-nin rəis müavini Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında iştirak edib

Hindistandakı təyyarə qəzasında Britaniya vətəndaşı sağ qalıb

TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb

Coğrafiya İnstitutunda Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib

Kevin De Bruyne “Napoli” ilə müqavilə imzalayıb