Gənc boksçularımız Türkiyədə təlim-məşq toplanışını davam etdirir
Bakı, 5 aprel, AZƏRTAC
Gənc boksçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirir.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, baş məşqçi Elbrus Rzayevin rəhbərliyi ilə keçirilən hazırlıqda əsas diqqət taktiki və fərdi çalışmalara yönəlib.
Avropa birinciliyi ərəfəsində təşkil edilən toplanışın son mərhələsi aprelin 10-dək davam edəcək. Gündə iki dəfə məşq edən komandamız birgə hazırlaşdığı Türkiyə və Əlcəzair milliləri ilə sınaq görüşləri də keçirir. Bu da boksçuların hansı formada olması və üzə çıxacaq səhvlərin aradan qaldırılmasına hesablanıb.
Qeyd edək ki, yığmamız Türkiyədən aprelin 11-də Avropa birinciliyinin təşkil olunacağı Bolqarıstanın paytaxtı Sofiyaya yola düşəcək. Komandamız aprelin 13-22-də keçiriləcək yarışda tam heyətlə çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]