Gənc boksçularımız Vilnüsdə beynəlxalq turnirdə iştirak edəcəklər
Bakı, 19 mart, AZƏRTAC
Martın 20-də Litvanın paytaxtı Vilnüsdə gənc boksçular arasında Dan Poznyakın xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir start götürəcək. On üçüncü dəfə keçiriləcək yarışa Azərbaycan millisi də qatılacaq.
AZƏRTAC xəbər verir ki, komandamızın baş məşqçisi Vaqif Şirinov martın 25-dək davam edəcək turnirdə Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nəbi İsgəndərov (56 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov (69 kq), Məhəmməd Yusifov (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədova (91 kq-dan yuxarı) şans verəcək. Yarış Avropa birinciliyinə hazırlıq məqsədi daşıyır.
Turnirdə 20-dən artıq ölkənin iştirakı gözlənilir.
Qeyd edək ki, səfərə bu gün yollanacaq boksçularımız martın 25-də Vətənə dönəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]