Gənc həmvətənimiz Aydın Məmmədlinin uğurları
Kişineu, 9 oktyabr (AZƏRTAC). Bu yaxınlarda Amerikanın Nyu-York ştatında fizika üzrə Dahilər Olimpiadası keçirilmişdir. Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun “Çadır Orizont” türk liseyinin şagirdləri hər il olduğu kimi bu dəfə də həmin Olimpiadada iştirak etmişlər.
Bu il Dahilər Olimpiadasının tarixində ilk dəfə Moldova Respublikasının nümayəndəsi - gənc soydaşımız Aydın Məmmədli Olimpiadanın qızıl medalına layiq görülmüşdür.
Xatırladaq ki, Aydın altıncı sinfə qədər Bakıdakı Atatürk liseyində oxumuşdur. 2008-ci ildən təhsilini Qaqauziyanın “Çadır Orizont” türk liseyində davam etdirir.
Azərbaycanın Kişineudakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, azərbaycanlı məktəblinin bu qələbəsi yerli mətbuatda geniş işıqlandırılmışdır. Moldova Respublikasının rəhbər qurumları Aydın Məmmədlinin ünvanına səmimi təbriklər göndərmişlər.
Azərbaycanın Moldovadakı diplomatik nümayəndəliyində onu da qeyd etmişlər ki, bu il Aydın Türkiyədə keçirilən türkdilli olimpiadada Azərbaycan xalqını və “Çadır Orizont” liseyini ləyaqətlə təmsil etmişdir.
Hazırda Aydın Məmmədli gələn ilin may ayında ABŞ-da keçiriləcək növbəti olimpiadaya hazırlaşır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]