“GƏNC LİDERLƏR ÜÇÜN YAY UNİVERSİTETİ” START GÖTÜRÜR
Bakı, 6 avqust (AZƏRTAC). “İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən bildirmişlər ki, qurum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası ilə birlikdə avqustun 8-dən 17-dək Qazax Olimpiya İdman Kompleksində “Gənc liderlər üçün yay universiteti” layihəsinin icrasına başlayır.
Builki yay məktəbi iştirakçıların sayına və proqramın zənginliyinə görə fərqlənir. Layihə çərçivəsində 100 nəfər gənc lider üçün natiqlik və liderlik bacarığı, işgüzar etiket, layihələrin yazılması və idarə olunması, insan hüquqları, şəbəkələşmə, müasir internet texnologiyaları mövzularında təlimlər keçiləcək, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü və azərbaycançılıq ideyası haqqında mühazirələr oxunacaqdır. Bununla yanaşı, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə maraqlı intellektual oyunlar, ekskursiyalar, idman yarışları, mədəni-əyləncəli proqramlar təşkil olunacaqdır. Gənclər ətraf rayonları da gəzəcək, sərhədyanı hərbi hissələrdə olacaqlar.
Düşərgənin açılış mərasimi avqustun 9-da olacaqadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]