GƏNC MÜHASİBLƏR ÜÇÜN SEMİNAR
AZƏRTAC xəbər verir ki, 2002-ci ildən Gəncədə fəaliyyət göstərən Gənc Mühasiblər İctimai Birliyi biznes strukturlarında çalışan gənc mühasiblər üçün üçgünlük seminar təşkil etmişdir.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə təşkil edilmiş seminarda iştirakçılara, əsasən, mühasibat üçotu və vergi qanunvericiliyi ilə bağlı biliklər öyrədilmışdır.