Gənc nəsil qəhrəmanlığı şəhidlərimizdən öyrənirlər
Bakı, 20 yanvar, Əziz Məmmədov, AZƏRTAC
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsinə çevrilən 1990-cı ilin yanvar faciəsindən iyirmi altı il ötür. Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının nurlu xatirəsini anmaq üçün hər il Şəhidlər xiyabanına minlərlə insan gəlir. Yanvar faciəsi gənc müstəqil dövlətimiz üçün böyük tarixi dərsdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Kooperasiya Universitetinin ikinci kurs tələbəsi İbrahim Xəlilov səsləndirib.
O deyib: “20 Yanvar Azərbaycan tarixinin qanlı və eyni zamanda şərəfli səhifəsidir. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib. Biz gənclər, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək, həm qəhrəman Vətən övladlarının, həm də ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramımızı bildiririk”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]