“Gənc psixometrik” təcrübə proqramına qeydiyyat elan edilib
Bakı, 24 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) təhsilin qiymətləndirilməsi sahəsində gənc mütəxəssislər bazasının formalaşdırılması məqsədilə “Gənc psixometrik” təcrübə proqramına qeydiyyat elan edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, proqramda iştirak etmək istəyənlər fevralın 10-dək müraciət edə bilərlər.
Üç ay davam edəcək proqram müddətində qiymətləndirmə və statistika sahəsi üzrə təlimlərin keçirilməsi, real datalar əsasında praktik tapşırıqların yerinə yetirilməsi və layihələrin icrası nəzərdə tutulub.
Proqrama müraciətlə bağlı ətraflı məlumatı keçid vasitəsilə əldə edə bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
- 05.06.2026 [16:14]