Gənc rəssam: Əsərin abstrakt forması təbiətdəki axıcı strukturları xatırladır
Bakı, 7 mart, AZƏRTAC
“Dərinliyin səsi” adlı əsərim əvvəlcə plastilin materialından istifadə olunaraq modellənib, daha sonra həmin model əsasında bürünc tökmə texnikası ilə hazırlanıb. Formanın səthindəki teksturalar və incə relyef elementləri kompozisiyaya ritm və dinamika bəxş edir.
Bunu AZƏRTAC-a açıqlamasında “5-ci ELEMENT” sərgisində əsəri nümayiş olunan gənc rəssam Çinarə Baxşıyeva söyləyib.
O bildirib ki, səthdə istifadə olunan mavi patina bürüncün plastikasını və fakturasını vurğulayaraq işıq və kölgə effektlərini daha da gücləndirir.
Gənc rəssam əl işinin mənasını izah edərək deyib: “Əsərin abstrakt forması təbiətdəki axıcı strukturları və davamlı transformasiya ideyasını xatırladır. Bürüncün davamlılığı və səthin xüsusi işlənməsi nəticəsində əsər həm materialın gücünü, həm də incə plastik formanın ifadəliliyini aydın şəkildə nümayiş etdirir”.
Müxbir - Fidan Əlizadə
Fotoqraf - Tofiq Babayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]