“Gəncə” klubundan Azərbaycan Voleybol Federasiyasının layihəsinə dəstək
Bakı, 11 yanvar, AZƏRTAC
“Gəncə” voleybol klubu Yüksək Liqanın VIII turunun UNEC-lə ev oyununu Tovuz şəhərində keçirəcək.
Bu barədə AZƏRTAC-a klubun mətbuat xidmətinin rəhbəri Səxavət Quliyev məlumat verib.
O, komandanın ölkə çempionatındakı növbəti ev matçlarından bəzilərinin də başqa bölgələrdə oynanılacağını bildirib: “Azərbaycan Voleybol Federasiyası bölgələrdə bu idman növünün inkişafı üçün böyük işlər görür. Biz də buna töhfə vermək üçün bu matçı Tovuz şəhərində keçirməyi qərara aldıq”.
Qeyd edək ki, yanvarın 13-də Tovuz Olimpiya İdman Kompleksində oynanılacaq görüş saat 16:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]