Gəncə-Qazax bölgəsi üzrə hörümçəklərin fauna və ekologiyası araşdırılıb
Bakı, 12 mart, AZƏRTAC
Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının elmi işçisi Şəfa Xasayevanın “Gəncə-Qazax bölgəsinin hörümçəklərinin (Arachnida, Araneae) fauna və ekologiyası” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dissertasiya mövzusuna uyğun aparılan tədqiqat nəticəsində Gəncə-Qazax bölgəsinin hörümçək faunası üçün 30 fəsilə 144 cinsə aid 325 növ hörümçək aşkar edilib. Tədqiqatçı tərəfindən 6 növ Qafqaz, 1 cins və 9 növ Azərbaycan, 195 növ isə Gəncə-Qazax bölgəsi faunası üçün ilk dəfə qeydə alınıb. Eləcə də ilk dəfə olaraq Gəncə-Qazax bölgəsinin hörümçək faunasına daxil olan növlərin zoocoğrafi mənsubiyyəti və onların landşaftlar üzrə yayılması ətraflı öyrənilib, növlər isə ekoloji cəhətdən qruplaşdırılıb.
İclasın sonunda açıq səsvermə nəticəsində Şəfa Xasayevanın “Zoologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müvafiq şuraya təqdim olunması qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:07]
BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub
- 09.06.2026 [14:28]
BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir
- 09.06.2026 [13:57]