Gəncə şəhər gənclərinin Vətən müharibəsinin iştirakçısı ilə görüşü olub
Bakı, 19 dekabr, AZƏRTAC
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov idman ictimaiyyətinin fəalları ilə birlikdə rəhbərlik etdiyi qurumun nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin cüdo idman növü üzrə baş məşqçi-müəllimi, Vətən müharibəsində qəhrəmancasına döyüş yolu keçərək evinə qayıdan Cavad Nəhmədovu ziyarət ediblər.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı cüdoçu C.Nəhmədov keçdiyi şanlı döyüş yolu barədə ziyarətə gələnlərə danışıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandanın əmri ilə rəşadətli ordumuzun torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarında fəxarət və ruh yüksəkliyi ilə iştirak edib.
Baş İdarə rəisi və qonaqlar Azərbaycanın ərazi bütövlüyünün layiqincə qorunması işində böyük rolu olan Cavad kimi qeyrətli, vətənpərvər oğulları yetişdirən valideynlərə minnətdarlıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 02.10.2026 [19:23]
“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar
- 02.10.2026 [18:33]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:14]