GƏNCƏ TOXUCULUQ KOMBİNATI YENİDƏN QURULUR
Gəncə toxuculuq kombinatı “Tekstil” Açıq Səhmdar Cəmiyyətinə çevrildikdən sonra burada aparılan yenidənqurma işləri müəssisənin simasını tamamilə dəyişmişdir. Ərazi abadlaşdırılmış, lüzumsuz tikililər sökülərək yerində yaşıllıq salınmışdır. Sex və sahələrdə 5 milyard 200 milyon manatlıq müasir avadanlıq quraşdırılmışdır.
Cəmiyyətin sədri Qabil Əliyevin AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, müəssisə ilin sonunadək tam gücü ilə işə düşəcəkdir. Burada istehsal ediləcək 4 növ məhsul daxili bazarla yanaşı, Gürcüstan və Ukrayna ilə yanaşı MDB-nin digər ölkələrinə də göndəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:53]
Hərracda 12 nəqliyyat vasitəsi satılıb
- 07.10.2026 [14:07]
Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb
- 07.10.2026 [13:43]