“Gəncə” voleybol komandası yeni mövsüm üçün hazırlıqlara başlayıb
Bakı, 3 sentyabr, AZƏRTAC
“Gəncə” voleybol komandası Azərbaycan Super Liqasının 2024/2025-ci il mövsümünün hazırlığına start verib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, komanda məşqlərini yeni istifadəyə verilmiş Gəncə İdman Sarayında keçirir.
Baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında hazırlıq prosesində yerli voleybolçular - Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva və Xanım Cəlilova ilə yanaşı, yeni transfer rusiyalı Anastasiya Atepalina da iştirak edib.
Kollektiv yeni mövsüm üçün transferlərini də davam etdirir.