GƏNCƏÇAYIN SU HÖVZƏSİ ABADLAŞDIRILACAQ
“Ocaq” Humanitar Birliyinin təşəbbüsü və Qafqaz Regional Ekologiya Mərkəzinin köməyi ilə bu günlərdə Gəncədə “Gəncəçay su hövzəsinin mühafizəsi” mövzusunda seminar keçirilmişdir. Seminarda son vaxtlar Gəncəçayın məişət və sel sularının gətirdiyi tullantılarla çirklənməsi, çirkab sularının çaya axıdılması nəticəsində ətraf mühitə dəyən ekoloji ziyanın insanların sağlamlığına mənfi təsirindən geniş söhbət getmiş və bu vacib məsələnin həlli yolları müzakirə edilmişdir.
Qafqaz Regional Ekologiya Mərkəzinin şəhər rəhbərliyi ilə birgə Gəncəçayın su hövzəsinin abadlaşdırılması üçün tədbirlər planı hazırlanmış, əlaqədar təşkilatların nümayəndələrindən və hüquq-mühafizə orqanları əməkdaşlaırndan ibarət işçi qrupu yaradılmışdır. Nəzərdə tutulan işlərə fevral ayından başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:54]
Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb
- 10.08.2026 [15:48]
Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb
- 10.08.2026 [15:37]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb
- 10.08.2026 [15:32]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 10.08.2026 [15:26]
Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub
- 10.08.2026 [15:06]