CƏMİYYƏT
Gəncədə çörək istehsalı müəssisəsində sanitariya norma və qaydaları pozulub
![](/files/galleryphoto/2023/1/1200x630/16790564683412930878_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16790564681274652900_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16790564685491617799_1200x630.jpeg)
Bakı, 17 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, Heydər Əliyev prospektində fiziki şəxs Abdullayev Hüseyn Faiq oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, tavan, döşəmə və divar səthlərinin asan təmizlənən və dezinfeksiya vasitələrinin təsirinə davamlı materiallarla üzlənmədiyi, xammalların çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkarlanıb.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.