Gəncədə kişi həyat yoldaşını bıçaqla qətlə yetirib - YENİLƏNİB
Bakı, 13 mart, AZƏRTAC
Gəncə şəhəri ərazisində üzərində xəsarətlər olan qadın meyiti aşkar olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1980-ci il təvəllüdlü Yeganə Hümbətova olması müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Təfərrüatlar barədə əlavə məlumat veriləcək.
12:46
Gəncədə qətl hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin köhnə avtovağzal adlanan ərazisində qeydə alınıb. 1985-ci il təvəllüdlü Elşən Quliyev həyat yoldaşı, 1989-cu il təvəllüdlü Yeganə Hümbətovanı bıçaqla qətlə yetirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [15:48]
Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır
- 08.06.2026 [15:23]
Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib
- 08.06.2026 [14:44]
Culfada Vəkil Bürosu açılıb
- 08.06.2026 [14:13]