Gəncədə koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə reyd keçirilib
Bakı, 17 dekabr, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati qaydada məsuliyyətə cəlb olunublar. Reydlər zamanı polis əməkdaşları sahibkarlara, eləcə də alıcılara sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərilməsinin vacibliyini izah edirlər.