Gəncədə Mobil Əhmədovun xatirəsinə həsr olunan “Ustadın yolu ilə” adlı gecə keçirilib
Gəncə, 10 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti, professor Mobil Əhmədovun xatirəsinə həsr olunan “Ustadın yolu ilə” adlı gecə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecədə Mobil Əhmədovun oxuduğu nəğmələri Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri və estrada kollektivinin müşayiəti ilə Əməkdar artist Nərgiz Əliyeva səsləndirib.
Həmçinin Əməkdar artist Mobil Əhmədovun davamçısı Ramil Qasımov, Xalq artisti Fidan Hacıyeva və Əməkdar artist İnarə Babayeva mahnılar ifa ediblər.