Gəncədə soyğunçuluq edən şəxslər yaxalanıblar
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 19-da Gəncə şəhər sakini E.Əhmədovanın yaşadığı binanın dəhlizində boynundakı 3200 manat dəyərində qızıl boyunbağını açıq yolla talayaraq ona qarşı soyğunçuluq edilməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis idarəsinin əməkdaşlarının dərhal həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən şəxs, əvvəllər məhkum olunmuş Ağdam şəhər sakini 26 yaşlı Əyyub Razimco və Bərdə şəhər sakini 23 yaşlı Surxay Həsənov şübhəli şəxs qismində saxlanılıblar.
İlkin dindirmə zamanı onlar törətdikləri cinayət hadisəni etiraf edərək boyunbağını Bərdə şəhərində 2330 manata satdıqlarını və əldə etdikləri pulu xərclədiklərini bildiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.