Gəncəli gənclər Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirmişlər
Gəncə, 25 fevral (AZƏRTAC). Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində şəhər gənclərinin iştirakı ilə Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edənlər Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı faciəsindən, erməni təcavüzkarlarının soydaşlarımızın başına gətirdikləri müsibətlərdən söz açmışlar. Qeyd edilmişdir ki, azərbaycanlılar 200 ildir erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, tarixi dədə-baba torpaqlarından qovularaq məcburi qaçqın və köçkünə çevrilmişlər. Bütün bu hadisələr ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.
Mərasimdə bildirilmişdir ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilən ən ağır cinayətlərdən biridir.
Tədbirin sonunda gənclər törədilən soyqırımı ilə əlaqədar müraciət qəbul etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]