Gənclər arasında dünya çempionatının dörddəbir finalında Azərbaycanın iki boksçusu mübarizə aparacaq
Bakı, 23 noyabr, AZƏRTAC
Sankt-Peterburqda gənclər arasında boks üzrə ХХ dünya çempionatının dörddəbir final mərhələsində Azərbaycanın iki idmançısı rinqə çıxacaq.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Sərxan Əliyev yarımfinala vəsiqə uğrunda Ukraynanı təmsil edən ermənistanlı boksçu Zoravor Petrosyan ilə qarşılaşacaq. Ən ağır çəkili idmançımız (+91 kq) Məhəmməd Abdullayev isə avstraliyalı Castis Hani ilə döyüşəcək.
Mundiala 70-dən çox ölkədən 17-19 yaşlı 400-dək boksçu qatılıb.
Dünya çempionatı noyabrın 26-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]