GƏNCLƏR HEYDƏR ƏLİYEV İRSİNİ ÖYRƏNİRLƏR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mingəçevirin ümumtəhsil məktəblərində “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısıdır” mövzusunda inşa müsabiqəsi keçirilir. Buraxılış sinifləri şagirdlərinin bilik yarışından məqsəd gənclərin Heydər Əliyev irsini daha dərindən öyrənməsini, əsası ümummilli liderimiz tərəfindən qoyulmuş azərbaycançılıq ideyaları ruhunda böyüməsini təmin etməkdir.
Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə qaliblərə 500, 300, 200 min manat məbləğində pul mükafatları, xatirə hədiyyələri, fəxri fərmanlar veriləcəkdir. Müsabiqənin yekunlarına dair toplantı və mükafatların təntənəli təqdimetmə mərasimi keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]