“GƏNCLƏR İŞİNDƏ İCTİMAİ VƏKİLLİK” PROQRAMININ TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR
Proqramın icraçılarından Anar Aslanov bildirmişdir ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Avrasiya Fondunun dəstəyi ilə həyata keçiriləcək layihədən məqsəd gənclər işində ictimai maraqların müdafiəsinin, vətəndaş iştirakçılığının və lobbiçiliyin fəallaşdırılmasıdır. Tədbirdə respublikanın bir çox rayonlarını əhatə edəcək layihənin fəaliyyət planı açıqlanmış, gənclər işində ictimai vəkillik mövzusunun aktuallığı əsaslandırılnışdır.
Təqdimat mərasimində KİV nümayəndələrini maraqlandıran suallara cavab verilmişdir.