GƏNCLƏR TƏŞKİLATLARI HƏRBİ HİSSƏDƏ GÖRÜŞ KEÇİRMİŞLƏR
Görüşdə gənclər təşkilatlarının nümayəndələri əsgərlər qarşısında “Milli ruhun yüksəldilməsi”, “Əsgərlər arasında vətənpərvərlik hissinin daha da möhkəmləndirilməsi” mövzusunda çıxış etmişlər. Təşkilatlar öz vəsaitləri hesabına aldıqları müxtəlif idman ləvazimatlarını, geyimləri, kitab və jurnalları, məişət avadanlıqlarını hərbi hissəyə hədiyyə etmişlər.
Milli Şura hər ay cəbhə bölgəsindəki hərbi hissələrdə bu cür görüşlər keçirəcəkdir.