GƏNCLƏRDƏN İBARƏT YIĞMA FUTBOL KOMANDAMIZ İRLANDİYAMİLLİSİ İLƏ GÖRÜŞƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, ölkəmizin 21 yaşlılardan ibarət yığma komandası Avropa çempionatının təsnifat mərhələsində İrlandiya seçməsi ilə görüşəcəkdir. Bu barədə yanvarın 27-də İsveçrənin Montrö şəhərində keçirilmiş püşkatma mərasimindən sonra məlum olmuşdur. Hər iki komanda qrup mərhələsinə düşmək üçün mübarizə aparacaq 16 ən aşağı reytinqli kollektivlər sırasına daxil edilmişdir. Təsnifat mərhələsinin oyunları iyulun 15-dək həm Bakıda, həm də İrlandiyada keçiriləcəkdir.
Nazim Əliyevin yetirmələri qalib gələcəyi halda, D qrupunda Belçika və Yunanıstan komandaları ilə bir qrupda mübarizə aparacaqdır. Qrup oyunlarının avqustun 16-da, sentyabrın 2-3-də və 5-6-da keçirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]