GƏNCLƏRİN FUTBOL TURNİRİ BAŞA ÇATMIŞDIR
Gəncə, 3 avqust (AZƏRTAC). Gənclərin Gəncə Regional Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən 3-cü ümumşəhər turnirinə yekun vurulmuşdur.
1984-1992-ci il təvəllüdlü idmançıların iştirakı ilə dairəvi sistem üzrə keçirilən yarışlarda Gəncə Avtomobil Zavodunun “Avtomobilçi” komandası 19 xalla birinci, Gəncə Təhsil İdman Mərkəzinin “Tədris” komandası 18 xalla ikinci, “Metallurq” komandası isə 15 xalla üçüncü yeri tutmuşlar. Qaliblərə Gəncə Regional Futbol Federasiyasının kuboku və medalları verilmişdir.
Qaliblərin mükafatlanması mərasimində iştirak edən tanınmış futbolçular İsgəndər Cavadov, Maşallah Əhmədov və Gəncə Regional futbol Federasiyasının prezidenti Xanlar Fətiyev çıxış edərək gənc futbolçulara uğurlar arzulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]