“Gənclərin psixoloji problemlərinin yaranmasına cəmiyyətin təsiri” mövzusunda vebinar keçiriləcək
Bakı, 11 mart, AZƏRTAC
Martın 15-də “Gənclərin psixoloji problemlərinin yaranmasına cəmiyyətin təsiri” mövzusunda vebinar keçiriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, vebinarda Türkiyə Trabzon Dövlət Universitetinin müəllimi Mehmet Palancı məruzə edəcək. Uşaq və gənclərə psixoloji dəstəyin əhəmiyyəti, onların psixoloji vəziyyətinin və problemlərinin mənşəyinin müəyyən olunması, valideynlərin və cəmiyyətin bu prosesdəki rolu haqqında ətraflı məlumat verəcək.
Tədbir türk dilində keçiriləcək. Vebinarda iştirak etmək istəyənlər Təhsil İnstitutunun saytında qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, Mehmet Palancı gənc nəslin psixoloji cəhətdən sağlam yetişdirilməsi istiqamətində bir sıra araşdırma və təhlillərin müəllifidir. O, həmçinin MEM Psixologiya Mərkəzinin həmtəsisçisi və psixoloqu, Uşaq və Gənclərin Problemlərinin Araşdırılması Dərnəyinin qurucusudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]
Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
- 07.10.2026 [11:11]