GƏNCLƏRİN RƏYİ NƏZƏRƏ ALINIR
Sumqayıt Baş Gənclər və İdman İdarəsi “Gənclər və təhsil” mövzusunda sosioloji sorğu keçirmişdir. İdarə rəisi AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, sorğuda 14-30 yaş arasında 300-dən yuxarı gənc iştirak etmişdir.
Sorğu iştirakçıları cəmiyyətdə böyük maraq doğuran 10 suala cavab vermişlər. Hər bir suala cavab vermək üçün 4 variant təklif edilmişdir. Respondentlərin cavabları ümumiləşdirilərək təhlil ediləcəkdir.
Qeyd edək ki, Sumqayıt gəncləri arasında belə sorğular artıq ənənə halını almışdır. Bu cür sorğuların keçirilməsi gənclərin rəy və təkliflərini nəzərə almaqla, şəhərdə gənclər hərəkatının düşünülmüş konsepsiyasının yaradılmasına xidmət göstərən informasiya bankını genişləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]