Gənclərin sosial şəbəkələrdə layihələrinin hazırlanmasına dair ideyalarının maliyyələşdirilməsinə başlanılıb
Bakı, 11 aprel, AZƏRTAC
Xüsusi karantin dövründə sosial təcrid müddətini daha da əyləncəli və faydalı etmək məqsədilə Azərbaycan Respublikası Gənclər Fondu gənclərin sosial şəbəkələrdə layihələri və multimedia məhsullarının hazırlanması ilə bağlı ideyalarının maliyyələşdirilməsinə start verir.
Fonddan AZƏRTAC-a bildiriblər ki, “İdeyanı reallaşdır” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi çərçivəsində gənclər #evdəqal həştəqinə uyğun sosial şəbəkələrdə virtual çağırış aksiyası, əyləncəli kontentlər, faydalı və maarifləndirici videoçarxlar və digər təşəbbüslərini təqdim edə bilərlər.
Gənclər Fondu gənclərimizi fəal şəkildə təkliflərini təqdim etməklə həmyaşıdları üçün faydalı və maarifləndirici layihələr həyata keçirməyə dəvət edir.
Layihə və təkliflər GencAPP (genc.az) mobil tətbiqi və ya www.youthfoundation.az internet səhifəsi vasitəsilə göndərilməlidir.
Müsabiqədə iştirak etməklə bağlı şərtlərlə və prioritet mövzuların siyahısı ilə https://youthfoundation.az/ linkləri vasitəsilə tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb
- 11.06.2026 [23:01]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [22:51]