“GƏNCLİK” NƏŞRİYYATININ YENİ KİTABLARI İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
“Gənclik” nəşriyyatından AZƏRTAC-a verilən məlumata görə, son vaxtlar burada “Müasir Azərbaycan poeziyası” seriyasından Mikayıl Müşfiqin, Səməd Vurğunun, Nigar Rəfibəylinin, Zəlimxan Yaqubun və Çingiz Əlioğlunun “Seçilmiş əsərləri”, Vaqif Səmədoğlunun “Mən burdayam, ilahi”, Mustafa Çəmənlinin “Mən olmayanda dostum ol”, Fikrət Daşdəmirovun “Erməni terrorizmi: ikili standart”, Vahid Əzizin “Əsərləri”nin II cildi, “Əgər Bakını görməmisənsə” (rus şairlərinin Bakı haqqında şeirləri, rus dilində), Zəlimxan Yaqubun “O qızın göz yaşları” poeması, Dilbər Axundzadənin “Müşfiqli günlərim” və s. kitablar çap edilmişdir.